"Hamıya sübut etmək istəyirdim ki, bu..." - Faytonçu Nazim

Maşından əlimi çəkməyim mexaniki baş verən hadisədir. Bu sözləri açıqlamasında ötən gecə maşını tərk edən müğənni Nazim Pişayri (Faytonçu Nazim) deyib.

Onun sözlərinə görə, əlini maşından nə vaxt çəkib, xəbəri olmayıb: "Hər şey mexaniki oldu. Halbuki kimi çıxaracağımı planlaşdırırdım. Mən bu şouya maşını qazanmaqdan çox sağlamlığımı insanlara sübut etmək üçün gəlmişdim. Son zamanlar şayiələr yayılıb ki, xəstəyəm, toylara getmirəm. Amma mən hamıya sübut etmək istəyirdim ki, sağlamam, ayaq üstə dura bilərəm. Təəssüf ki, uzun müddət qala bilmədim. Heç ağlıma gəlməzdi ki, maşından əlimi çəkib gedəcəm".

Qeyd edək ki, "Xanımlar və Cənablar" devizi ilə yayımlanan "Maşın" realiti şousunun ikinci günü qutuya ən çox səsi atılan şəxs müğənni Nazim Pişyari olsa da, onun əlini avtomobildən çəkdiyi ortaya çıxıb və o, şounu tərk edib.

Yarış tarixində ilk dəfə canlı yayımda səsvermə keçirilib. Onda isə ən çox fotosu atılan şəxs xalq artisti Arif Quliyev olub. O, əvvəlcə hədəfinin olmadığını açıqlamasa da, sonradan meyxanaçı Vüqar Əbdülovu çıxaracağını deyib.

Sonda "qalsın"a 58,64 faiz səs toplayan Arif Quliyev heç kimi oyundan kənarlaşdırmayıb.  Teleqraf.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR