Özbəkistanda keçirilən milli mədəniyyət və mətbəx festivalında Azərbaycan 2-ci yerə layiq görülüb

Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Xalqların mədəniyyət və kulinariya Festivalı keçirilib.

Festivalda Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Hindistan, Koreya, Avropa Birliyi, Gürcüstan, Pakistan, Ukrayna, Qırğızıstan, Fələstin, Əfqanıstan və s. ölkələr iştirak edib, öz guşələrini təqdim ediblər.

Festivalın əsas məqsədi ölkələrin milli mədəniyyətini, mətbəxinin təbliğ edilməsi olub.

Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi festivalda Azərbaycan guşəsini yaradıb və guşə iştirakçıların böyük marağına səbəb olub. Guşədə milli mədəniyyətimizi, mətbəximizi özündə əks etdirən özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb.

İştirakçılar Azərbaycan milli mətbəxinə aid balıq ləvəngisi, çığırtma, kükü, lavaş və başqa yeməklərə qonaq ediliblər. Yeməklər Festivalın Münsiflər heyəti və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.  

Qeyd edək ki, bu il Festivalın əsas devizi ölkələrin stendində hazırlanan ən yaxşı balıq yeməyi və milli mədəniyyəti özündə əks etdirən stendin hazırlanması olub.

Milli mədəniyyət nümunələrimizi özündə əks etdirən Azərbaycan stendi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan balıq ləvəngisi Festivalın sonunda xüsusi mükafatla təltif edilib, Azərbaycan təmsilçiləri festivalda 2-ci yerə layiq görülüblər.

Mərasimdə 1-ci yerə Qırğızıstan, 3-cü yerə isə Əfqanıstan layiq görülüb. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR