"Onları biabır etmək istəmirəm"

Azərbaycanda 800 min internet istifadəçisi var. Bunlar arasına istifadə edilməyən profillər də daxildir. Bu sözləri xalq artisti Faiq Ağayev Murad Arifin "Status" verilişində deyib. 

Müğənni İnstaqram-da izləyicilərinin sayını pulla artıran həmkarlarından danışıb:

"1, 2, bəziləri hətta deyir, 4 milyon izləyicim var. Axtarsan, o izləyicilərin hamısı Nigeriya, Zimbabve, Polşadan çıxacaq. Çünki izləyicini süni artırırlar. Gəl indi insanları başa sal ki, gerçək izləyici kimdir, saxta kim. Bunlar proqram vasitəsiylə çoxaldılır. Əgər 1 milyon izləyicisi olan insanın mahnısına 13 şərh, 100 bəyənmə varsa, hansı 1 milyon izləyicilərdən danışılır? Bunu halal yolla qazanan insanlar tək-tükdür. Bunları biabır etmək istəmirəm. 

Hər konsert olanda ora satılan biletin siyahısı bilinir. Eləsi var ki, 200 bileti güclə satır. Amma konsert zalı dolu olur. Çünki qapını açır, hamını pulsuz buraxır. İnsanlar var ki, deyir profilinizi artıraq. Mənə də təklif gəlib ki, ayda 200 manat ödəyin, izləyicinizin sayını artırım. Etmirəm".

Qeyd edək ki, "Status" verilişi "Lider" telekanalında yayımlanır.  Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR