Aşıq Ədalət dünyasını dəyişdi

Aşıq Ədalət adı ilə tanınan azərbaycanlı saz ifaçısı Ədalət Nəsibov bir neçə saat öncə vəfat edib. Bu barədə məlumatı onun oğlu Hekayət Nəsibov verib. O, suallarımızı cavablandırarkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 78 yaşlı sənətçi uzun müddətdir səhhətində problemlər yaşayırdı. O, 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb.

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı olub. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR