Daşkənddə “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimat mərasimi olub

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Fuad Hüseynzadənin "Dünya azərbaycanlılarının palitrası" kitabının təadimat mərasimi keçirilib. Tədbirdə Özbəkistandakı səfirliyimizin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev kitab haqqında məlumat verib, xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkənin ictimai-siyasi, mədəni həyatında fəal olmasının vacibliyini qeyd edib, deyilib ki, topluya diasporumuzun inkişafına öz töhfələrini verən azərbaycanlılar haqqında məlumatlar toplanıb. Səfir xaricdə yaşayan tanınmış soydaşlarımızın Azərbaycanda və digər ölkələrdə tanınması ilə bağlı belə kitabların çap edilməsinin zəruri olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin diasporla işə xüsusi diqqət verdiyini deyən səfir vurğulayıb ki, məhz ümummilli liderin təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb və bu istiqamətdə məqsədyönlü iş aparılır. AMM-nin direktoru Samir Abbasov qeyd edib ki, Səmərqənddə yaşayan maarifçi, pedaqoq Seyid Rza Əlizadə, şair Maqsud Şeyxzadə, tanınmış rəssam Yusif Hüseynov, heykəltaraş Eynulla Əliyev, şair İxtiyar Rza, Azərbaycanın və Özbəkistanın Xalq Artisti, opera rejissoru Firudin Səfərov və başqa ziyalılar qardaş Özbəkistanın elminə, mədəniyyətinə, ədəbiyyatının inkişafına öz töhvələrini veriblər. Fuad Hüseynzadə kitab üzərində işindən danışıb, topluya 175 müsahibə salındığını bildirib, təqdimat mərasimini keçirdikləri üçün səfirliyə və AMM-nə təşəkkür edib. Bildirib ki, kitaba Özbəkistandan sərbəst güləş üzrə dünya çempionu Mayis İbadov və diasporun keçmiş rəhbəri Akif Ağatalıbov haqqında da materiallar var. "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, professor Gülbahar Aşurova, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov və başqaları xalqlarımız arasında olan tarixi dostluq əlaqələrindən danışıb, kitabın əhəmiyyəti haqqında məlumat verib, iki ölkə arasında ədəbi-mədəni əlaqələr, azərbaycanlıların Özbəkistan ictimai həyatında fəal iştirakı haqqında söhbət açıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR