Ulduzlar Qala konsertdə

Fəvvarələr Meyadanında yay ayları ərzində hər həftə sonu keçirilən "Retro Bakı" layihəsinin yekun qala konserti böyük çoşqu ilə keçib. "Olaylar" bildirir ki, Mədəniyyət və Turizm Baş İdarəsinin və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən qala konsertdə əməkdar artistlər Eyyub Yaqubov, Nüşabə Ələsgərli, Elza Seyidcahan, tanınmış müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Leyla Ramazanlı, Elvin Mirzəzadə, Dana Durdana, Lətifə SoyÖz, Çinarə Bəkirova, Həmidə Hüseyn, Asif Məhərrəmov, Mircabbar Babayev, Ramil Nabran, Elnar Xəlilov, Rasimə Seyidcahan, "Aysel" və "Səma" rəqs ansamblları möhtəşəm konsert proqramı ilə Bakı sakinləri və qonaqlarına xoş əhval-ruhiyə bəxş ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR