"Qapı" oxucularına təqdim olunacaq

Oktyabrın 1- də, saat saat 15-00- dan 17-00- dək BookZone Kitab Evində yazar Hədiyyə Şəfaqətin bir müddət əvvəl çap edilmiş "Qapı" adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. 
"Olaylar" bildirir ki, "Vektor" nəşriyyatında çap olunan kitaba müxtəlif mövzularda 94 şeir daxil edilib. "Qapı" illərdən bəri ədəbi mühitdə tanınan şairin ilk kitabıdır. 
Müəllifin özünün də iştirak edəcəyi təqdimatda oxucular həm də əldə etdikləri kitabları imzalatdıra biləcəklər. 
Bütün kitabsevərlər təqdimata dəvətlidir. 
Qeyd edək ki, BookZone Kitab Evi. Bəxtiyar Vahabzadə küçəsi 5. Elmlər Akademiyası metrostansiyasının təzə çıxışı, BDU ilə üzbəüz, Express Bank olan binanın 3- cü mərtəbəsində yerləşir.

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR