İndoneziyada Azərbaycan mədəniyyət günləri keçiriləcək

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani respublikamızda keçirilən İkinci İndoneziya Mədəniyyəti festivalı çərçivəsində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşüb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfir bildirib ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda İndoneziya Mədəniyyəti Günləri keçirilməsini həmişə dəstəkləyir. Diplomat deyib ki, bu il Azərbaycan ilə İndoneziya arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi qeyd olunur. Belə bir genişmiqyaslı tədbir təşkil olunmasını ona görə istəyirdim ki, biz Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqını dəstəklədiyimizi və bu xalqla həmrəy olduğumuzu nümayiş etdirmək istəyirik. İndoneziyanın 270 milyon sakininin hər biri bu tədbir haqqında məlumatlıdır. Onlar hamısı bilir ki, biz bu festivalı Qarabağdan olan qaçqınlara və məcburi köçkünlərə həsr edirik, biz bu insanları da buraya dəvət etmişik.

Ə. Vəliyev deyib ki, İndoneziyanın 270 milyonluq əhalisinin bizim mədəni dəyərlərimizlə daha yaxından tanış ola bilməsi üçün İndoneziyada Azərbaycan Mədəniyyəti Günləri təşkil etməyi vacib sayır. X.B. Fanani Ə.Vəliyevin bu fikrini dəstəkləyib və İndoneziyada Azərbaycan mədəniyyətinin təqdimatı ilə bağlı tədbirlər təşkil edilməsi üçün istənilən vaxt hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Ə.Vəliyev bu ilin sonuna və ya gələn il Novruz bayramına qədər İndoneziyada "Azərbaycan: dünən, bu gün və sabah" devizi altında fotosərgi təşkil olunmasını təklif edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR