108 – ci mövsümdə bir neçə premyera gözlənilir

Musiqili Teatrı 108-ci mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, Bədii Şuranın iclasında 2017-cı ilin sonuna qədər olan müddət - sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün repertuar və iş planı müzakirə edilərək təsdiq olunub. Nəzərdə tutulan müddət ərzində teatrın repertuarında olan 30-a yaxın tamaşa təqribən 70 dəfə nümayiş etdiriləcək.

Oktyabr ayında Əməkdar artist Əkbər Əlizadə, noyabr ayında Xalq artisti Fatma Mahmudova və sevilən aktrisa Ülviyyə Əliyeva, dekabr ayında isə Əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova və Əzizağa Əzizov Musiqili Teatrın "3 gün sizinlə" layihəsi çərçivəsində tamaşaçıların görüşünə gələcəklər.

Habelə bu müddət ərzində İ. Kalmanın 135, F. Əmirovun 95, O. Kaziminin 85, B. Qrafkin, E. Sabitoğlu və Z. Quliyevanın 80, L. Vinoqradovanın 70 illik yubileyləri qeyd olunacaq.

29 dekabr tarixindən 2018-ci ilin gəlişi münasibəti ilə Yeni İl şənliklərinə start veriləcək.

Qeyd edək ki, cari ilin sonuna qədər bir neçə premyeranın keçirilməsi də nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR