Aygün Kazımova elə bir ŞEYDƏN HƏZZ ALIR Kİ... “İllərdir...”

Azərbaycanın ən böyük konsert kompleksi olan "Crystal Hall"da səhnə fəaliyyətinin 30 illik hesabat konsertinə hazırlaşan Xalq artisti Aygün Kazımova bütün zamanını məşqlərdə keçirir.  "ATV Maqazin Onlarla" verilişinə eksklüziv müsahibə verən sənətçi məşqlər zamanı xeyli zədə almasından, bədənində göyərmələrin olmasından danışıb: "Əlimdən və ayağımdan zədələr almışam. Bu da normaldır. Etiraf edim ki, bu zədələrdən, bədənimdə olan göyərmələrdən həzz alıram".

Bir neçə aydır Heydər Əliyev adına İdman kompleksində rəqqasları ilə məşq edən Aygün Kazımova, artıq məşqlərini konsertin keçiriləcəyi "Crystal Hall" səhnəsində edir. "Artıq gecələr də "Crystal Hall"da məşq edirik. Bu səhnə və məkan bəzəkləri vurulmamış belə çox gözəldir. Çox xoşbəxtəm ki, bu yaşımda, yaradıcılığımın bu dövründə sağlam komanda ilə çalışıram. Komandamız isə həddən artıq böyükdür", - deyə A.Kazımova bildirib.30 illik hesabat konsertindən danışan ifaçı, 22 sentyabr tarixində bütün arzularını həyata keçirəcəyini etiraf edib: "İllərdir ki, bir arzum var. Səhnədə qanad açıb uçmaq. Bu konsertimizdə bunların hamısı baş tutacaq. Bir etiraf da edim ki, bu konsertə hazır olduğum kimi, heç bir konsertdə bu cür hazırlıqlı olmamışam. Bu sözləri böyük cəsarətlə söyləyirəm".

Qeyd edək ki, Aygün Kazımovanın 30 illik hesabat konserti 22 sentyabr "Crystal Hall"da baş tutacaq. Konsertin biletləri 10-100 manat arası dəyişir. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR