Moldova musiqisi Muğam Mərkəzində

Sentyabrın 13 - də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Moldovanın Azərbaycandakı səfirliyinin təşkilatçılğı ilə Azərbaycan və Moldova etnik musiqisi səslənəcək. "Olaylar" bildirir ki, tədbir "Etnik Musiqi İnciləri" adlı beynəlxalq layihənin davamı olmaqla yanaşı, Azərbaycan Moldova diplomatik əlaqələrinin 25 illiyinə həsr olunub.
Konsertdə Moldova xalq çalğı aləti olan Nae -də (Pan Fllute) ifa edən  Moldova respublikasının xalq artisti Kanstantin Moskoviç çıxış edəcək. O, tək moldova xalq mahnılarını deyil həm də Azərbaycan musiqisindən nümunələr səsləndirəcək. Musiqiçi öz albomlarının birinə Nae -də Azərbaycan musiqisinin antalogiyasını əlavə edib.
Konsertdə digər Moldovan musiqiçiləri - Dumitru Dubajiu, Vladimir Andrianom, Valentina Nejel və Radu Talambuta iştirak edəcək. Konsertdə  Azərbaycan Respublikasının əməkdar artisti Şirzad Fətəliyev balabanda həm Moldovan musiqisini həm də Azərbaycan musiqisini ifa edəcək. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR