"Bu qədər inkişafın fonunda fəal olmamaq mümkün deyi" - Leyli Hüseynova

Müsahibimiz Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" qrupunun təşəbbüskarı, layihə rəhbərin müavini Leyli Hüseynovadır.

Leyli xanım, ictimai işlərdə necə, aktiv olmusunuzmu? 

- Bəli, elə universitetə daxil olduğum ilk vaxtlar etibarən ictimai işlərlə maraqlanmağa başlamışdım və bu marağımın nəticəsində artıq ictimai fəallığı ilə fərqlənən bir gəncə çevrilmişəm deyə bilərəm. Bu gün gənclərlə bağlı və ümumilikdə digər sahələrdə gənclərin, də iştirak edə biləcəyi o qədər layihələrin şahidi oluruq ki, bu layihələrin yanında aktiv gənc olmaya bilmirsən.

Ümumiyyətlə, aktiv gənc kimi belə beynəlxalq əhəmiyyətli yarış və tədbirlərin son dövrlərdə ölkəmizdə daha çox keçirilməsini necə dəyərləndirərdiniz?

- İkinci dəfə müstəqillik qazanan Azərbaycanı əvvəllər dünyada elə də çox tanımırdılar. Amma ilbəil ölkəmiz nəinki tanındı, artıq bütün dünyada sayılıb-seçilən, hörmət edilən bir dövlətə çevrildi. Eyni zamanda bu qısa müddət ərzində onun keçdiyi şanlı inkişaf yolu da danılmazdır. Əlbəttə bu amillər ölkənin bir gənc vətəndaşı olaraq məni çox sevindirir. Son illərdə ölkəmizdə keçirilən mötəbər tədbirlər bizim gücümüzün, müstəqillik dövrü ərzində keçdiyimiz uğurlu yolun bariz nümunəsidir. Düşünürəm ki, "Eurovision" yarışmasının Bakıda keçirilməsindən sonra Azərbaycan beynəlxalq səviyyəli yarışları yüksək səviyyədə keçirə biləcəyini hər kəsə sübut etdi. Daha sonra 1-ci Avropa Oyunları, "Formula-1" yarışı, şahmat çempionatı və bu il baş tutan İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bizə olan inamın nəticəsidir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə IX Qəbələ Beynəlxalq Musiqi Festivalı oldu. Əlbəttə bir gənc olaraq mən ölkəmlə fəxr edirəm və belə bir dövlətin vətəndaşı olmaq qürurvericidir. Beynəlxalq yarışların çoxluğu iqtisadiyyatı da gücləndirir, turist axınını artırır və s. kimi müsbət amillərə səbəb olur.

Leyli xanım, Gənclərimizin hazırkı durumunu da xarakterizə edərdiniz?

- Bir gənc olaraq və istər "Muğam Dünyası" layihəsinin gəncləri , istərsə də oradan kənarda zamanımın əksəriyyətinin həmyaşıdlarımla-gənclərlə keçirdiyimdən onların hazırkı durumu haqqında mənfi rəy söyləmək yalan olardı. Hazırda Azərbaycanın yüksək elmi biliklərə, güclü məntiqə malik, özünü hərtərəfli inkişaf etdirən gənclik toplumu var. Əlbəttə bunun səbəbi dövlətimizin bizə göstərdiyi qayğı və gənclərdə olan özünü inkişaf etdirmə sevgisidir. Ümumi olaraq deyə bilərəm ki, hazırkı gənclik Azərbaycanın gələcəyi üçün çox mühüm işlər görə biləcək səviyyədədir.

Leyli xanım,  gələcək planlarınız var?

- Hər kəsdə olduğu kimi mənim də gələcəyə dair planlarım var. Azərbaycanımızı təbliğ etmək , öz gələcəyim üçün çox mühüm işlər görə biləcək səviyyədə olmaq istəyirəm. Leyli xanım , sizə ictimai fəallığıda uca zirvələri fət etməyi arzulayırıq. Gün o gün olsun ki, səsiniz yüksəklərdən gəlsin. Mən təşəkkür edirəm sizə. Çox sağ olun. Müsahibəyə görə təşəkkür edirik.

Ədalət.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR