Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək

Oktyabrın 12-də Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşacaq festival oktyabrın 20-dək davam edəcək. "Olaylar" bildirir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Festival çərçivəsində tanınmış mədəniyyət və incəsənət xadimlərinin çıxışı, debatlar, müzakirələr, həmçinin Avropa tolerantlığı barədə 15 sənədli filmin nümayişi və bir sıra fotosərginin təşkili nəzərdə tutulur. Festival Avropa İttifaqının əsasını qoyan Roma Sazişinin imzalanmasının 60 illiyi münasibətlə təşkil olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR