Azərbaycanlı müğənninin klipi Rusiyanın ən məşhur kanalında - VİDEO

Rusiyada fəaliyyət göstərən azərbaycanlı rəssam və müğənni Sultanın "Mоя стихия" adlı mahnısına çəkdirdiyi klip təqdim olunub. Klip Rusiyanın ən məşhur "Youtube" kanalı olan "StarPro" vasitəsilə tamaşaçıların ixtiyarına verilib. Mahnının musiqisi və sözləri Rusiyada yaşayan və gördükləri işlərlə populyarlıq qazanan həmyerlilərimiz Müşviq Dəmirov və Elbrus Canmirzəyevə aiddir.

Klip Azərbaycanın Qobustan rayonunda çəkilib və "Джафаров Kреатив" tərəfindən ərsəyə gətirilib. Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR