Gənc aktrisa vəfat etdi

Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib. Sosial şəbəkədə aktrisanın dostlarının verdiyi məlumata görə 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib. Beyninə çirk yığılan aktrisa bir müddət 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Lakin yaxınları bildirir ki, həkimlərin səhlənkarlığı ucbatından Milanın xəstəliyi daha da dərinləşib:

"Həkimlər bizə demədən belindən su alıblar. Elə ondan sonra vəziyyəti daha da ağırlaşdı, Türkiyəyə apardıq. Orada da 4 xəstəxana gəzdik. Gözləri tutuldu, yeriyə bilmədi, komaya düşdü. Axırda özəl xəstəxanalardan birində əməliyyat etdilər və dedilər ki, vəziyyəti əvvəlkindən yaxşıdır. 5 gün keçdi üstündən. Bu gün də dedilər ki, beyin ölümü keçirib. Hazırda aparata qoşuludur. Sabah aparatdan ayıracaqlar".

Yaxınları onu da qeyd etdilər ki, Mila ölməkdən çox qorxurmuş:

"Xalası qızına demişdi ki, ölməkdən çox qorxuram. Əlini buraxmırdı. Deyirdi, məni tək qoymayın".

Qeyd edək ki, M.Əminə son olaraq "Üç badam bir qoz" filmi ilə gündəmə gəlmişdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR