Teatrı beynəlxalq festivalda

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində keçirilən Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edib. "Olaylar" bildirir ki, festivalda rejissor Anar Sadıqovun əməkdar artist Ayşad Məmmədovun "İuda" monopyesi əsasında hazırladığı tamaşa nümayiş etdirilib.
Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edib. Tamaşanın rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti isə Firuzə Balayevadır. Tamaşanın zəngin səhnə dekorasiyası və aktyorun məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib. Festivala Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələrin təmsilçiləri də qatılıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR