Məşhur əsər ƏSA- nın səhnəsində - “Adamlar və siçanlar”

Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət ölkənin ilk inklüziv ƏSA Teatrı amerikan yazıçısı Con Steynbekin "Adamlar və siçanlar" əsərini səhnələşdirəcək. Teatrın baş meneceri Nicat Qulamın "Olaylar" - a bildirir ki, hazırlanan bu tamaşa teatrın bir illik fəaliyyətində sayca üçüncü olacaq.  Fərqli quruluşa və estetikaya sahib olacaq səhnə əsərində 6-sı fiziki məhdudiyyətli olmaqla 8 aktyor iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru teatrının bədii rəhbəri Nihad Qulamzadədir.
Qeyd edək ki, ƏSA Teatrı 2016-cı ilin sentyabr ayında müstəqil şəkildə təsis edilmişdir. Nəinki ölkəmizdə, öz fəaliyyətinə görə hətta hazırda dünyada da yeganə teatrdır. Qısa zamanda yaranmasına baxmayaraq teatr artıq iki fərqli tamaşa təqdim edib və xeyli sayda tamaşaçı sevgisi qazanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR