Musiqili Teatr mövsümü  premyera ilə başa vurdu

Musiqili Teatrı 107-ci teatr mövsümünü premyera ilə başa vurub. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu"Olaylar" -a  bildirib ki, tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyası təqdim olunub.
Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayevadır. Tamaşada rolları  əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elnarə Nağdəliyeva, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Şaban Cəfərov, Pərviz Məmmədov və Fərid Rzayev ifa ediblər.
Qeyd edək ki, əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR