Dekoltesinə görə tənqid edilən Elnarə Xəlilova: “Birdəfəlik o quş beyninizə...”

Elnarə Xəlilovanın geyim tərzi sosial şəbəkədə müzakirə mövuzusu olub. Dünən müğənninin kiçik oğlu Ərtoğrulun bir yaşının tamam olması münasibətilə doğum günü şənliyi keçirilib. İfaçı oğlunun doğum günündə çəkilən şəkilləri instaqramda paylaşıb. E.Xəlilovanın mərasim üçün seçdiyi açıq sinə dekolteli libası təndiqə səbəb olub.

Xanım izləyiciləri 4 uşaq anası olam məşhuru paltarındakı rənglərin bir-biri ilə ahəng təşkil etmədiyini, saçındakı çələngin yersiz göründüyünü bildirərək onu tənqid atəşinə tutub. Müğənni isə elə instaqramda onu tənqid edənləri cavabını verib:

"Elnarə heç nəyi qarışdırmır. Bir az da diqqətli olsanız, nə olar. Hansı rənglərin qarışdığını görürsünüz ki? Allahın yaratdığı, təbiətdə rast gəlinən rənglərdir də. Qızılgül qırmızı, saplağı isə yaşıl olur. Səma göy, günəş isə qızılıdır. Onda belə çıxır ki, Allah da qarışdırıb rəngləri? Əstəğfirullah!"

Daha sonra isə E.Xəlilova saçının və makiyajının qiymətsiz olduğunu bildirib:

"Özüm də Güləm. Makiyaj və saç saç ustam məni zibil qutusuna bənzətməyib ki. Allahın yaratdığı ən ətirli və gözəl canlıya bənzədiblər. Çox şükür!"

Zövqsüzlükdə ittiham olunan müğənninin sözlərinə görə, dünyanın ən bahalı moda evlərinin nümayişlərini izləyir və həmişə onların kolleksiyalarından bəhrələnir:

"Ey dəb ikonaları, ey dünyadan bixəbər zövq tanrıları, bu şəkillərə yaxşı-yaxşı baxın və dəb yeniliklərindən agah olun. İndi də yaraşmadığını yazacaqsınız. Fikrimcə, başımdakı çələng mənə yaraşır. Sizdən fərqli olaraq qarabatdaq gəzmirəm, insanlara neqativ ötürmürəm. Zövqlər də müxtəlifdir. Birdəfəlik o quş beyninizə həkk edin! Əgər zövqünüzcə deyiləmsə, Allah sizə kömək olsun. Siz qaraları geyinib gəzin. Bu isə mənim zövqümcədir. Mənə belə geyimlər gözəl əhval-ruhiyyə verir. Ən nəhayət mənə belə xoşdur. "Dolce & Gabbana" mənim stilimdir". Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR