Fərəh Əliyeva Londonda

Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisində iştirak edib.

Universitetedən "Olaylar" - a bildirilib ki, ənənəvi olaraq hər il Şəhzadə Çarlzın iştirakıyla keçirilən, məzunların fəaliyyətinin nəticələrini təbliğ və beynəlxlaq təcrübə mübadiləsi məqsədini ehtiva edən tədbir cari ilin 26 iyun tarixindən - 7 iyul tarixinədək davam edib. Hesabat sərgisində magistr və doktorantura proqramlarını bitirməkdə olan tələbələrin işləri, o cümlədən Şahzadə Məktəbinin Beynəlxalq Tanıtım Proqramları çərçivəsində hazırlanmış işlər nümayiş olunub.

Səfər çərçivəsində rektor Fərəh Əliyeva tədbirdə yaxından iştirak edərək, Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi ilə qarşılıqlı əməkdaşlıq barədə danışıqlar aparıb.

Qeyd edək ki, 2004-cü ildə Uels Şəhzadəsi Çarlz tərəfindən təsis olunmuş Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şəhzadə Məktəbi (PSTA) rəssamlara Uels Universiteti tərəfindən təsdiq olunmuş diplomdan sonrakı təhsil çərçivəsində tədqiqatların aparılmasına imkan yaradır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR