Meksika Birləşmiş Ştatlarının səfiri ADMİU-da

Meksika Birləşmiş Ştatlarının səfiri ADMİU-nun qonağı olub. Universitetdən "Olaylar" - a bildirilib ki, Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı xoşməramlı ilk səfiri Xuan Rodriqo Labardini Flores Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub və Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşüb.

Görüş zamanı hər iki ölkənin tarixi və mədəniyyəti haqqında məlumatlar verilib və ölkəmizin Meksika üçün vacib tərəfdaş olduğu vurğulanıb.

İncəsənətin bütün sahələrini əhatə edən yeganə Universitet olduğunu qeyd edən rektor, fakültələr və əcnəbi tələbələrin təhsili haqqında geniş məlumat verib. Səfir qeyd edib ki, incəsənət və mədəniyyət Meksika Səfirliyi üçün ən əsas və vacib sahələrdən biridir və bu sahəyə xüsusi diqqət yetirilir.

Görüşdə hər iki ölkənin Universitetləri, Meksikanın teatr, rəssamlıq, kino məktəbləri ilə əməkdaşlıq əlaqələrinin qurulması haqqında danışılıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən Mariaçi qrupu haqqında sənədli filmin çəkilərək diplom işi kimi Nizami Kino Mərkəzində nümayişi, həmçinin Universitetin sərgi salonunda meksikalı rəssamların sərgisinin təşkili və tanınmış meksikalı qonaqların dəvət olunacağı qeyd olunub. Səfir öz növbəsində Azərbaycan dilində ilk dəfə tərcümə olunan novellanı və eləcə də digər əsərlərin tələbələr tərəfindən tamaşaya qoyulması məsələsinə çox şad olduğunu bildirib.

Sonda səfir Rodriqo Labardini professor Fərəh Əliyevaya səmimi görüşə görə təşəkkürünü bildirərək, meksikalı heykəltəraş Xorxe Marinin yaradıcılığına həsr olunan xatirə kitabını Universitetin kitabxana irsinə daxil edilməsi məqsədilə təqdim edib. Fərəh Əliyeva Universitetin professoru, Əməkdar incəsənət xadimi Arif Əzizin, Xalq rəssamı Tahir Salahovun, heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun yaradıcılığına həsr olunan və Bakının arxitekturasını əks etdirən kitabları cənab səfirə hədiyyə verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR