Burak Özçivitlə Murad Bozun FİLMİNDƏ çəkilən azərbaycanlı aktyor DANIŞDI

Azərbaycanlı aktyor Kamran Ağabalayev "Kardemiş benim 2" filmində çəkiləcək. Bu barədə aktyor özü sosial şəbəkədə məlumat verib. Baş rollarda Burakla Muradın oynadığı məşhur filmin ikinci hissəsinin aktyor heyətinə daxil olan K.Ağabalayev onların şəklini paylaşıb. O, fotoya "Burak idi, Murad idi, mən idim", - deyə qeyd edib.

Tanınmış aktyor təəssüratlarını bizimlə bölüşüb. O bildirib ki, təklif təxminən bir ay bundan əvvəl gəlib: "Bakıda və İstanbulda sınaq çəkilişləri oldu. Yaxın günlərdə isə rolum təsdiqləndi. İnşallah sabah Türkiyəyə yollanıram. Hamı rolum haqqında soruşub maraqlanır. Təəssüf ki, müqaviləyə əsasən bu barədə hələlik heç bir məlumat verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, filmdə azərbaycanlı obrazında deyiləm".

Azərbaycanlı aktyor türkiyəli həmkarları ilə şəxsən görüşmədiyini lakin onları sənətçi kimi çox bəyəndiyini vurğulayıb: "Kardeşim benim" Türkiyədə 3 milyondan çox izlənilib. Hər ikisi kifayət qədər uğurlu və istedadlı insanlardır. Filmin qala gecəsinin Azərbaycanda keçirələcəyi barədə heç bir məlumatım yoxdur. Lakin onu bilirəm ki, Türkiyədə noyabrın 25-i olacaq".

K.Ağabalayev "Mirzə Ələkbər Sabir", "Alla Prima", "Sonuncu", "Babu" "Qarabağnamə", "Mən evə qayıdıram", "Soyuq torpaq", "Tərkedilmiş", "Əli və Nino", "Qız qaçıran", "Həddən artıq uyğunluq" kimi filmlərdə və müxtəlif seriallarda rol alıb. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR