Kitab festivalı

Aprel ayının 23-də Beynəlxalq Kitab Günü münasibətilə 451 Hərəkatı Bakıda "451 - BOOK FESTİVAL" adı ilə böyük kitab festivalı keçirəcək. Festival saat 15.00-da ADO-nun binasında keçiriləcək. Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılacaq.  Dəvət olunan tanınmış yazıçılar isə oxucuların suallarını cavablayıb kitablarını imzalayacaqlar.

Festivalda Azərbaycan Yaradıcılıq Fondunun stendi quraşdırılacaq. Azərbaycan Yaradcılıq Fondunun nəşrləri - yazıçı Kamal Abdullanın "Düma ilə Coys arasında" esseler toplusu, Qismətin "Gələcəyin tarixi" esseler kitabı, Qan Turalının "Fələk qırmancı" romanı, İkinci Mahdumun "Ümid arısı" hekayələr kitabı, Alik Əlioğlunun "Günəş qalib gəldi" şeirlər kitabı satışda olacaq.

Adıçəkilən müəlliflərdən Qismət, Qan Turalı, Alik, İkinci Mahmud öz kitablarını imzalayacaqlar.  

Festival kiçik konsertlə başa çatacaq.

Festivalda iştirak edəcək başqa yazıçılar:

Kamal Aken

Kənan Hacı

Orxan Bahadırsoy

Elxan Elatlı

Mirmehdi Ağaoğlu

Ayxan Ayvaz

Tural Şahtaxtinski

İsmayıl Rizvanoğlu

Ulucay Akif

Şəhriyar del Gerani

Cəlil Cavanşir

Qeyd edək ki, 451 Hərəkatı Kamal Aken tərəfindən yaradılmış, məqsədi ölkədə maarifçiliyin təbliğinə, mədəniyyət və incəsənətin inkişafına yönəlmiş bir hərəkatdır. Sim-sim.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR