Akademik Milli Dram Teatrında “Ölülər”

Aprelin 22-də Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa təqdim olunacaq. Teatrın mətbuat xidmətindən "Olaylar" - a verilən məlumata görə, tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.
Bu dəfə özünəməxsus formada nümayiş olunan tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin "Ölülər" əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
"Ölülər"in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətovdur.
Qeyd edək ki, xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR