"Onun iki qabırğası" komediyası Naxçıvan səhnəsində

Naxçıvan Dövlət Musiqili Dram Teatrında dramaturq Əli Əmirlinin "Onun iki qabırğası" iki hissəli komediyası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası nümayiş etdirilib. Teatrdan "Olaylar" - a bildirilib ki, Naxcivantv.az xəbər verir ki, tamaşa tanınmış dramaturqun "Ağa Məhəmməd şah Qacar" və "Varlı qadın" pyeslərindən sonra Naxçıvan teatrında səhnəyə qoyulan üçüncü əsəridir. Əsərdə keçid dövrünə xas olan ailə dramı mövzusunda yazılmış komediyanın səhnə təcəssümü dövrün mənzərəsini yaradan tamaşa kimi maraqla izlənib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyev kiçik aktyor heyəti ilə maraqlı və dinamik səhnə əsəri yarada bilib.

Tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədovdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR