Vəfa: “O videodakı mən deyiləm…” - VİDEO

Əməkdar artist Vəfa Zeynalova a24.az-ın "Cavabım var" layihəsində qonaq olub. Vəfa xanım ondan soruşulan 10 sualın heç birinə cavab verə bilməyib. Hətta 25 ildən artıqdır məşğul olduğu kino və teatr sahəsinə aid diletantın belə dil-dil ötəcəyi mövzularda gülünc vəziyyətə düşüb.

Aktrisa videodan xəbərsiz olduğunu deyib:

"Heç bir sayta açıqlama verməmişəm. Heç nədən xəbərim yoxdur. Sadəcə ATV-ə açıqlama vermişəm. Bəlkə o videonu yayıblar. Əgər o videodursa, özləri və Allahları bilsin. a24.az adlı sayt tanımıram. Bəlkə zarafatlaşan zaman çəkilən videodur. Onlar o videonu ATV-dən götürüblər. Orada aradan çıxırdım, nə dedilər "bilmirəm" cavabı verdim."
Qeyd edək ki, Vəfa Zeynalovaya 10 sual verilib və heç birinə cavab verə bilməyib. Teleqraf.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR