Özbəkistanda Qarabağ geyimləri təqdim edilib

Özbəkistan Rəssamlıq Akademiyasının sərgi salonunda keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda Azərbaycanı bu ölkədəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbir çərçivəsində "Qarabağ şikəstəsi"nin sədaları altında Qarabağın XVII-XIX əsrlərə aid mərasim, toy libasları, şənlik geyimləri, zadəgan xanımların geyimləri nümayiş etdirilib.

Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri təqdim edib.

Sərgidə nümayiş etdirilən milli geyimlər Bakı Geyim Evi tərəfindən hazırlanıb və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri"d muzeyində müntəzəm olaraq nümayiş etdirilir və iştirakçıların böyük marağına səbəb olur.

Sərgidə, həmçinin AMM-nin "Azərbaycan qızları" rəqs ansamblının üzvləri "Arşın mal alan" əsərindən musiqili səhnəni təqdim ediblər.

İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs barədə məlumatlar təqdim olunub, milli geyimlərin hər bir xalqın qədim tarixinin, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR