Qazaxıstanlı ulduz “Madam Batterflyay” operasında

Aprelin 29-da Opera və Balet Teatrında C.Puççininin "Madam Batterflyay" operasının nümayiş olunacaq.Teartrdan "Olaylar" - a bildirilib ki, tamaşada əsas partiyanı Çio-Çio-San rolunu ifa etmək üçün "Astana Opera" Dövlət Opera və Balet Teatrının aparıcı solisti, Qazaxstan Respublikasının Əməkdar xadimi, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aygül Niyazova dəvət olunub. Tamaşada Şarples rolunda Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin, Pinkerton rolunda Əməkdar artist Fərid Əliyev, Süzuki rolunda Əməkdar artist Səbinə Vahabzadə və b. çıxış edəcəklər. Operanın dirijoru isə Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR