Gənc aktrisayla sevgili olduğu deyilən rejissordan

Rejissor Samir Kərimoğlu aktrisa Mələk Kazımovanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Rejissor aktrisanın söylədiklərini şər-böhtan adlandırıb: "Kimlərsə özünü belə yolla piar etmək istəyir və mənim adımı ləkələmək istəyirlərsə, yanılırlar. Mənim onlarla ağız-ağıza verməyə halım yoxdur, söylədikləri şər və böhtandır. Buna görə qanun qarşısında cavab verəcəklər". S.Kərimoğlu daha sonra fikrini belə davam etdirib: "Məlumdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyəqatlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər".

Qeyd edək ki, M.Kazımova Ölkə.Az-a müsahibəsində "Mahmud baba" filminin rejissoru Samir Kərimoğlunun ona münasibət təklif etdiyini və bundan sonra rejissorun həyat yoldaşının çəkiliş meydançasına gələrək, onunla pis davrandığını söyləmişdi. Ölkə.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR