"Nəcib Məhfuz oxucuların gözü ilə..." adlı esse müsabiqəsi yekunlaşdı

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində dünya şöhrətli yazıçı, "ərəb romanının əmiri" sayılan Nəcib Məhfuzun yaradıcılığına həsr olunan "Nəcib Məhfuz oxucuların gözü ilə..." adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, tədbirdə çıxış edən Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müidiri Əhməd Sami Elaydi yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Müsabiqənin keçirilməsində əsas məqsəd Nobel mükafatı laureatı Nəcib Məhfuzun azərbaycanlı gənclərə, eləcə də qələm adamlarına tanıdılmasıdı. Həmçinin Azərbaycan mədəniyyəti və incəsənətinin Misirdə təbliğ edilməsi, Azərbaycan ədiblərinin ərəb oxucusuna tanıdılması üçün geniş imkan yaratdıqlarını söyləyən Ə.Sami öz ölkəsində "Azərbaycan ədəbiyyatı antologiyası"nın nəşr olunduğunu diqqətə çatdırıb.

Tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra mövzu ətrafında çıxış edənlər Yaxın Şərqin Balzakı adlandırılan Nəcib Məhfuzun 34 roman və 350-dən çox hekayəsinin şərq, eləcə də dünya ədəbiyyatına əvəzsiz töhfəsindən danışıblar.

Münsiflər heyətini təmsil edənlər - filologiya elmləri doktoru Vaqif Sultanlı, yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı, ədəbiyyatşünas Cavanşir Yusifli müsabiqənin böyük əhəmiyyət daşıdığını bildiriblər. Dünya sivilizasiyanın qədim daşıyıcıları olan Azərbaycan və Misir mədəniyyətinin təbliğində belə müsabiqələrin böyük rol oynadığını bildiriblər.

Sonda I, II, III, yerin qaliblərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR