Çexiyanın Bakıdakı Səfirliyinin Missiya rəhbəri Milli Kitabxanada

Çexiya Respublikasının Bakıdakı Səfirliyinin Missiya rəhbərinin müavini cənab Petr Vagner aprel ayının 18-də Milli Kitabxanada olub.  Kitabxanadan "Olaylar" - a bildirilib ki, qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. Petr Vagner təmsil etdiyi ölkənin Milli Kitabxanasının fondunda Azərbaycana aid ədəbiyyatın qorunduğunu söyləyib.  

Milli Kitabxananın direktoru K.Tahirov hələ 2011-ci ildə Çexiya Milli Kitabxanasında olarkən Şərq ədəbiyyatı fondu ilə yaxından tanış olduğunu, qədim Azərbaycan, ərəb, fars və türk dilləri əlyazmalarının kataloqunun mükəmməl olmadığını, kataloqun bir tələbə tərəfindən tərtib olunduğunu qonağın diqqətinə çatdırdı. Hər iki ölkənin milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun şərtlərinə uyğun olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının əlyazmaları tədqiq etmək məqsədilə 2 dəfə Çexiyaya ezam olunduğunu bildirildi. Görülən işlərin nəticəsi və qarşı tərəflə əldə olunmuş razılığa əsasən Çexiya Milli Kitabxanasında qorunan Azərbaycana aid əlyazmaların kataloqu tərtib olunub. Hazırda kataloq ingilis dilinə tərcümə olunur, tezliklə çex dilinə tərcümə olunmaq üçün təqdim ediləcəkdir.  Kataloqun təqdimatı və Çexiya Milli Kitabxanasında qorunan Azərbaycan əlyazmalarının sərgisi 28-30 sentyabr tarixlərində keçiriləcək V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında, noyabr ayında isə Çexiya Milli Kitabxanasında nümayiş olunacaqdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR