“Pəltək Cücə” tamaşanın premyerası olub

Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrında yeni tamaşanın premyerası olub. Teatrdan "Olaylar" - a bildirilib ki, türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda "Pəltək Cücə" tamaşası öz balaca tamaşaçıları tərəfindən maraqla qarşılanıb. Tamaşada hadisələr Xoruzla Toyuğun ailəsində baş verir. Ailədə olan 7 cücədən birinin dilində qüsur var, "cik-cik" yerinə "tık-tık" deyir. Bacı-qardaşları ona gülürlər. 
Tamaşada məqsəd uşaqlara qüsuru olanlara gülməməyi, onlara qayğı ilə yanaşmağa aşılamaqdır. Qeyd edək ki, tamaşanın rejissoru İlhamə Əhmədova, rejissor köməkçisi Niyaz Qasımov, musiqi tərtibatı Mahir İbrahimli, xoreoqraf Könül Şahbazova, musiqilərin mətnləri Rəfael Muradxanlıdır. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR