Musiqili Teatr IV İslam Həmrəyliyi Oyunlarına hazırdır

Musiqili Teatrı may ayında Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, Dövlət Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar danışarkən Musiqili Teatrın gələn ay xüsusi repertuar əsasında fəaliyyət göstərəcəyini söyləyib. "May ayında teatrımızda 26 tamaşanın nümayiş edilməsi nəzərdə tutulur. Mayın 5-dən 30-na kimi demək olar ki, hər gün 2 tamaşa tamaşaçılara - qonaqlara, turistlərə, yarış iştirakçılarına təqdim olunacaq. Nümayişini planlaşdırdığımız səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. - deyə Əliqismət Lalayev bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR