“Dərs” “Uşaqlar üçün kino” Beynəlxalq Film Festivalında

Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs" filmi Rusiyanın 22-ci "Uşaqlar üçün kino" Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb. Kinostudiyadan "Olaylar" - a bildirilib ki, 17-21 aprel tarixlərində Samarada keçirilən festivalda filmin quruluşçu rejissoru Rafiq Əliyev iştirak edir.
"Dərs" tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen FilmFestivalında baş tutub. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR