Milli İncəsənət Muzeyində Novruz bayramı

Azərbaycan Milli İncəsənət İncəsənət Muzeyində Novruz bayramına həsr edilmiş konsert keçirilib. Muzeydən "Olaylar" - a bildirilib ki,  konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında bayram əhval-ruhiyyəli musiqilər səsləndirildi.

Konsertdə görkəmli bəstəkarlar Ü.Hacıbəyovun "Cəngi", Şopenin "Vals", F. Əmirovun "Məhəbbət rəqsi", T. Quliyevin "Bahar nəğməsi" kimi görkəmli dünya və Azərbaycan bəstəkarlarının kompozisiyaları və xalq mahnıları səsləndirilib. Şagirdlərin ifasındakı Ü. Hacıbəyovun "Cəngi", S. Ələsgərovun "Şalaxo" musiqiləri və "Məhbubəm" xalq mahnısı tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Tədbirdə surpriz olaraq şagirdləri ilə birgə Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev da çıxış etdi.

Konsert proqramı başa çatdıqdan sonra tədbirdə iştirak edən "Total" şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal hər kəsi Novruz bayramı münasibətilə təbrik etdi və məktəb şagirdlərinin ifalarını yüksək qiymətləndiyini bildirərək, onlara yaradıcılıq uğurları arzuladı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR