Oksford universitetinin  arxeoloqu Bərdədə

Bərdə beynəlxalq arxeoloji ekspedisiyasının rəisi, Oksford universitetinin əməkdaşı, arxeoloq Pol Bordsvortun başçılıq etdiyi nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyinədə qonaq olublar. Muzeydən "Olaylar" - a bildirilib ki, qonaqları qarşılayan akademik Nailə Vəlixanlı Bərdədə aparılan arxeoloji tədqiqatların vəziyyəti ilə maraqlanmış, bu şəhərin tarixi ilə bağlı bir sıra maraqlı məlumatları səsləndirdi. Pol Bordsvort da öz növbəsində arxeoloji tədqiqatların Bərdə rayonu ərazisindəki Qaratəpə və Torpaqqala abidələrində aparıldığını, axtarışlar zamanı xeyli sayda maddi mədəniyyət nümunələrinin tapıldığını və maraqlı elmi nəticələrin əldə olunduğunu bildirdi.

Daha sonra t.ü.f.d. Nasir Quluzadə qonaqları muzeyin ekspozisiyası və Arxeologiya fondu ilə tanış etdi. Fondda əcnəbi mütəxəssislərə Beyləqanın arxeoloji saxsı məmulatı ilə yaxından tanış olmaq üçün lazımi şərait yaradıldı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR