Küveyt Dövlət Universitetinin professoru Tarix muzeyində

Milli Azərbaycan Tarixi Muzeyini bayram ərəfəsində ölkəmizdə  qonaq olan Küveyt Dövlət Universitetinin professoru Casim Al-Ali, aparıcı müəllimi Al-Radvan və universitetin tələbəsi Navaf Al-Rahmani ziyarət ediblər.

Muzeydən "Olaylar" - a bildirilib ki, qonaqlar Muzeyin ekspozisiya zalları və H.Z.Tağıyevin ev muzeyi ilə yaxından tanış olublar.

Məşhur neft maqnatı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev mülkündə yerləşən Muzeyin möhtəşəm Şərq zalı qonaqların xüsusi marağına səbəb olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR