Azərbaycan Xalça Muzeyində “Macarıstanda toxuculuq” sərgisi açıldı

Martın 17-də Azərbaycan Xalça Muzeyində "Macarıstanda toxuculuq" adlı sərginin açılış mərasimi oldu. Muzeydən "Olaylar" - a bildirilib ki, Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbiri açaraq sərgi haqqında məlumat verdi. Bildirdi ki, "Macarıstanda toxuculuq" adlı qobelen sərgisi 16-17 mart tarixində ölkəmizdə keçirilən Macarıstan mədəniyyəti günləri çərçivəsində təşkil olunur. Bu layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi ilə Macarıstanın ölkəmizdəki səfirliyi və Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski mədəniyyət günlərinin reallaşmasına dəstək olan Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Heydər Əliyev Fondu və Xalça Muzeyinə təşəkkürünü bildirdi və Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Novruz bayramı ərəfəsində Macarıstan mədəniyyəti günlərinin keçirilməsi əlamətdar hadisədir. Mehriban xanım Əliyevanın himayədarlığı ilə keçirilən tədbir eyni zamanda böyük siyasi məna daşıyır.

Macarıstanın İnsan Resursları Nazirliyinin mədəniyyət işləri üzrə müşaviri Peter Hoppal bu unikal sənət vasitəsilə macar xalqının müstəqilliyini tərənnüm etdiklərini bildirdi.

Sərginin kuratoru Hedi Sepeş qonaqların diqqətinə çatdırdı ki, sərgidə qobelen sənətinin keçmişini və gələcəyini əks etdirən dünya şöhrətli, təsviri və tətbiqi incəsənət sahələri üzrə mükafatlara layiq görülmüş 18 macar sənətkarının işləri təqdim olunur. Burada Edit Baloq, Ester Beny, Beata Hosler, İbolya Hed, Erjebet Katona Sabo və başqalarının həm ənənələrə söykənən, həm də müasir üslubda hazırladıqları qobelen nümunələri sərgilənir.

Qeyd edək ki, Xalça Muzeyində "Macarıstanda toxuculuq" sərgisi martın 19-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR