“Bəxtəvər” - Musiqili Teatrda Novruz tamaşası

Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan "Bəxtəvər" şousu 21 mart saat 18.00-da tamaşaçılara təqdim edəcək. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, səhnə əsəri Dövlət Musiqili Teatrı və İranda yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə hazırlanıb. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridi. Novruz şənlikəri ilə əlaqədar olaraq Beynəlxalq layihə kimi hazırlanan əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İran İslam Respublikasının nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamalidi.

Qeyd edək ki, layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, əlaqələndiricisi İran İslam Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Teatrlar İdarəsinin kordinatoru Atabəy Nadiridir.Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Fxərəddin Atayev, quruluşçu balaetmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor asisstentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR