"Jizel"növbəti dəfə Opera və Balet Teatrında

Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri olan "Jizel" baletinin tamaşası nümayiş olunacaq. Teatrdan "Olaylar" - a bildirilib ki, A.Adanın bu gözəl əsəri uzun illərdir ki, teatrın repertuarındadı və hər dəfə də fərqli ifalarda, bir çox hallarda dəvət olunmuş balet ulduzlarının ifasında tamaşaçılara təqdim olunur.

Martın 26-da baş tutacaq tamaşada isə ilk dəfə olaraq baş rolu - Jizel partiyasını balet truppanın gənc solisti, balet artistlərinin Q.Almaszadə adına beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı laureatı, Prezident mükafatçısı Cəmilə Kərimova ifa edəcək. Onun tərəf-müqabili Qraf Albert rolunda isə bu günlərdə Respublika Prezidentinin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülən istedadlı solist Makar Ferştandt çıxış edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR