Vaqif Mustafazadə - 77

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin mənzil muzeyində bəstəkar, pianoçu, caz-muğamının banisi Vaqif Mustafazadənin (1940-1979) anadan olmasının 77-ci illiyinə həsr olunmuş tədbir keçirilib.

Muzeydən "Olayılar" - a bildirilib ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova, Vaqif Mustafazadənin mənzil muzeyinin müdiri Afaq Əliyeva çıxış edərək, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, caz əfsanəsi - Vaqif Mustafazadənin musiqi tariximizdəki əvəzsiz xidmətlərindən bəhs ediblər..

Bəstəkar, Əməkdar incəsənət xadimi Azər Dadaşov Vaqif Mustafazadə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüş, ona ithaf etdiyi musiqi əsərini ifa etdi. Sonra Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin müdiri Məlahət Səmədova çıxış edib.

Beynəlxalq Müsabiqələr laureatı, Bakı Xoreoqrafiya Akademiyasının magistri Səma Xəlilzadə, G.Şaroyev adına 11 illik Uşaq Musiqi Məktəbinin şagirdləri, Beynəlxalq Müsabiqə laureatları Səbinə Eldarlı, Nuray Əliyeva, Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Nərgiz Quliyeva, Fatimə Allazova, Fatimə Yusifzadənin ifalarında Vaqif Mustafazadənin və başqa bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim olundu.

Tədbirin sonunda rəssam, qrafik dizayner Rəsul Həsənov muzeyə Vaqif Mustafazadənin fotorealistik portretini hədiyyə etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR