Əcnəbilərə daha bir töhvə

Nazir: Azərbaycana avtomobillə gələnlərin əlavə ödənişlərdən azad olunması müzakirə edilir
 

"Xarici ölkə vətəndaşlarının Azərbaycana daxil olduqda şəxsi avtomobillərinə görə ödədikləri depozitlə bağlı Turizm Şurasında xüsusi müzakirə keçirmişik. Azərbaycana digər nəqliyyat vasitəsilə gələn insanların əlavə ödənişlərdən azad olunması məsələsi müzakirə edilib". "Olaylar" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər gedir: "Yaya qədər təkliflər formalaşacaq. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Nəqliyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti və bizim nazirlik bu işə birbaşa qoşularaq yeni qanunvericilik hazırlayır. Turist anlayışı yalnız hava nəqliyyatı ilə məhdudlaşmır. Bizim qonşu ölkələrdən minlərlə adamlar gəlir. Onlar da bu çətinliklə qarşılaşırlar". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR