Makedoniyanın birinci xanımı Maya İvanova Xalça Muzeyində

Martın  15- də   Makedoniya Respublikasının birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyinin qonağı oldu. Muzeydən "Olaylar" - a bildirilib ki, muzeyin direktoru Şirin Məlikova xanım İvanovanı Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış etdi.

Sonda muzeyin yeni nəşri olan, "Azərbaycan Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri" kitabı qonağa hədiyyə olundu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR