Musiqili Teatrda Hüseynağa Sadıqovun xatirə günü

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun xatirə gecəsi keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, tədbirdə görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub. Daha sonra ölkənin tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi xatirə gecəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, Xalq artistləri Yasin Qarayev, Həmidə Ömərova, Ağaxan Salmanlı, Əməkdar artist Almaz Mustafayeva, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik olan Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Tədbir boyu H. Sadıqovun rol aldığı tamaşa və filmlərdən epizodlar nümayiş olunub.

Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları - Əməkdar artistlər Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev və Hüseyn Əlilinin ifaları gecəyə xüsusi rəng qatıb. Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Hüseynağa Sadıqovun teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə 1 iyul 1956-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 9 fevral 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltif olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR