Almaniyalı dirijor “İl Tabarro” operasını idarə edəcək

Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri olan "İl Tabarro" ("Plaş") operası nümayiş olunacaq.

Azərbaycan Opera və Balet Teatrında "İl Tabarro" ilk dəfə 2014-cü ildə Almaniyalı sənətkarlar - rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyuylub. Üç ildi ki,  repertuarda olan operanın növbəti tamaşasının uğurlu olacağı gözlənilir. Belə ki, tamaşanı idarə etmək üçün məhz almaniyalı dirijor - Qut-İmmlinq opera sənəti festivalının bədii rəhbəri Korneliya fon Kerssenbrok dəvət olunmuş, əsas rollarda isə teatrın aparıcı solistləri - Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, solistlərdən Əliəhməd İbrahimov, Tural Ağasıyev, Nina Makarova, Tələt Hüseynov çıxış edəcəklər.

Qeyd edək ki, "İl Tabarro operasının ilk tamaşası 14 dekabr 1918-ci ildə Nyu-Yorkda məşhur Metropoliten-Operada baş tutmuş və tamaşa o zaman çox böyük uğur qazanmışdı. Həmin vaxtdan bir əsrə yaxın müddət keçməsinə baxmayaraq "İl Tabarro" bu gün də dünyanın qabaqcıl opera və balet teatrlarının repertuarını bəzəyir və tamaşaçılar tərəfindən çox sevilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR