İstiqlal və İstiqbal Şairi – Məhməd Akif Ərsoy  

Martın 15 - də saat 17.00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "İstiqlal və İstiqbal Şairi Məhməd Akif Ərsoyu Anım Günü" adlı ədəbi-bədii gecəylə yad ediləcək. Bakı Yunus Emre İnstitutundan "Olaylar" - a bildirilib ki, gecədə Türk milli şairi Məhməd Akif Ərsoyun əsərlərini, ədəbi anlayışı ve türk ədəbiyyatına tövhələri müzakirə olunacaq.

Məhməd Akifin yaymağa çalışdığı ruh, Anadolunu sıradan bir torpaq parçası olmaqdan çıxarıb onu uğrunda canlar fəda edilə bilən bir vətən halına gətirən ruhdur. Çanaqqalanı, Sakaryanı, İzmiri, Afyonu, Ardahanı və bütün vətəni ayrılmaz bir vücud kimi bir-birinə bağlayan ruhdur!

Gecədə Türkiyənin Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Musa Qasıml, Bakı Yunus Emre İnstitutu müdiri İbrahim Yıldırım çıxış edəcəklər. Şairin şerlərini aktyor Pərviz Məmmədrzayev səsləndirəcək. Həmçinin gecə də Novruz Novruzlu ve Savalan Grupu da iştirak edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR