Xalça Muzeyində “Bahar gəlir, yaz gəlir”

Azərbaycan Xalça Muzeyi Uşaq  Muzeyi şöbəsinin "Torpaq  çərşənbəsi" ilə bağlı "Bahar gəlir, yaz gəlir" adlı bayram tədbiri təşkil olunub. Muzeydən "Olaylar" - a bildirilib ki, bayram tədbirində saz ifası - "ruhani havası", "Torpaq çərşənbəsi"nə aid  xalq deyimləri, rəqslər, "üzük falı"  oyunu, "yumurta döyüşməsi" oyunu, "xına" - ələ xına çəkilməsi və digər bayram proqramı təqdim edilib.
Qeyd edək ki, Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirlib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR