Məşhur qrup Türkiyəyə gəlməkdən imtina etdi

Finlandiyanın məşhur "Apocalyptica" metal qrupu İstanbula gəlməkdən imtina edib.

Qrup fəaliyətinin 20 illiyi münasibətilə elan etdiyi xüsusi tur çərçivəsində İstanbulda konsert verməli idi. Lakin qrup konserti ləğv etdiyini dünən sosial şəbəkə vasitəsilə elan edib. Onlar konsertin təxirə salınma səbəblərini siyasi məsələlərlə izah edib:

"Finlandiya, Almaniya, Böyük Britaniya və digər ölkələrin xarici işlər nazirlərinin xəbərdarlığına görə, qrupun üzvləri ilə birlikdə İstanbul səfərimizi ləğv etmək qərarına gəldik. Qrupumuzda demokratik sistem var, hamını İstanbula getməyə məcbur edə bilmərik. Ümid edirik, yenidən Türkiyəyə səfər etmək fürsəti əldə edəcəyik. Türkləri sevirik və bu ölkə ilə bağlı möhtəşəm xatirələrimiz var".

Təşkilatçılıq işləri məşğul olan "Freebird Agency" və "Vera Music" şirkətləri isə məsələni belə şərh edib:

"Aprelin 8-də keçirilməsi planlaşdırılan "Apocalyptica" konserti qrupun istəyi ilə ləğv edilib. Biz qrupu yola gətirmək üçün son ana qədər böyük səy sərf etdik, əlimizdən gələn bütün təklifləri dedik, ancaq qərarlarını dəyişmədilər. Biletinizi, sabahdan etibarən aldığınız nöqtələrə qaytara bilərsiniz".

Xatırladaq ki, ötən həftə ərzində bir sıra Avropa İttifaqı şəhərləri Türkiyə nazirlərinin Hollandiyada keçirilən türk icması mitinqlərində çıxış etməsini qadağan ediblər. Bundan sonra Türkiyə Hollandiyadakı səfini geri çağırıb.

Baş verənlərə etiraz olaraq Hollandiyada yaşayan türklər küçəyə çıxaraq etiraz aksiyası keçiriblər. Hollandiya polisi türk etirazçılarını dağıtmaq üçün, suvarilərdən, polis itlərindən və dəyənəklərdən istifadə edib. İnsident zamanı bəzi etirazçılar xəsarət alıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR