Elmi Kitabxananın Nadir kitab fondunun inciləri

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "Nadir kitab fondunun inciləri"nin təqdimatı keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Nadir fondun təqdimatının əhəmiyyətindən danışıb. Kitabxanadan "Olaylar" - a bildirilib ki, L.İmanova təqdimatları keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbayacan haqqında həqiqətləri geniş ictimaiyyətə çatırmaqdı. Qeyd edildi ki, görülən işlər, təqdimatlar operativ şəkildə mek.az saytında, kitabxanaya məxsus sosial şəbəkələrdə  və mediada paylaşılmaqla ictimaiyyətə çatdırılır.
Nadir kitab fondunun rəhbəri Gülarə Xələfova hazırda Nadir fondda 15037 nüsxə ədəbiyyat qorunub saxlandığını, bunlardan 759 nüsxəsinin XX əsrin 30-cu illərində nəşr olunmuş Azərbaycan dilində ədəbiyyat olduğuna diqqət çəkdi. Xarici ədəbiyyatın əsasən ingilis, alman, fransız, ispan, italyan, latın dillərində 981 nüsxə ədəbiyyatla təmsil olunduğu, 8759 nüsxənin isə rus dilində kitablar olduğu vurğulandı. Fondun tərkibini nəşr tarixinə görə, ölçülərinə görə incilər sayılan xarici ədəbiyyata aid olan kitablar təşkil edir. Bunlardan nəşr tarixinə görə ən qədim kitab - 1508-ci ildə qədim latın dilində nəşr olunub.

Daha sonra Nadir kitab fondunun ilk rəhbəri, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva fondun Mərkəzi Elmi Kitabxananın keçmiş direktoru Əmin Əfəndiyevin səyləri ilə yarandığını bildirdi. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR