Məhəmmədhüseyn Şəhriyar - 110

17 fevral 2017-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyasının akt zalında Azərbaycanın və türk dünyasının böyük şairi Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubileyinə həsr olunmuş ədəbi - bədii mərasim keçirildi. Akademiyanın pedaqoji kollektivinin və tələbələrinin iştirak etdiyi tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aypara Məmmədova giriş sözü ilə çıxış etdi. Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Vəfa Əliyev "Şəhriyarın həyatı və yaradıcılıq yolu" mövzusunda məruzə etdi.

Mərasimdə Şəhriyarın lent yazıları səsləndirildi. Akademiyanın tələbələri şairin poeziyasından nümunələr oxundu. Şeirlərinə yazılmış mahnılar ifa olundu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR